Sevda Yəhyayeva niyə Bakıda konsert verə bilməyəcək?
7 İyun 2013 17:13 MədəniyyətSevda Yəhyayeva bölgələrdə konsert verməyə hazırlaşır. Bu haqda müğənninin prodüsseri Tolik "OLAYLAR"a açıqlamasında deyib: "Bu ayın sonlarından etibarən sevilən müğənni Sevda Yəhyayeva müxtəlif bölgələrdə solo konsertlə çıxış edəcək. Konsert layihəsini ilk olaraq Gəncə, Mingəçevir kimi böyük rayonlarda gerçəkləşdirməyi düşünürük. Bu planımızı hələlik ki, 5-6 rayonda gerçəkləşdirə biləcəyik. "Qrand" mükafatının təşkilat məsələləri bitdikdən sonra bu işlə ciddi olaraq məşğul olacağam". Konsertin Bakıda baş tuta bilməməsinin səbəbini isə Tolik belə izah edib: "Avqust ayından etibarən seçki kamponiyalarının başlanması ilə əlaqədar konsert keçirilən məkanlarda məhdudiyyət olduğu üçün hələ ki, icazə ala bilməmişik. Əgər icazə almaq mümkün olsa, yəqin ki, bu planı Bakıda da gerçəkləşdirəcəyik.
Təşkilatçı prodüsser müğənninin bölgələrdə keçiriləcək konsertlərlə əlaqədar klip və albom işləri haqda düşünmədiyini deyir: "Hələ ki, başımız konsertlərə qarışdığı üçün bu haqda düşünmürük. Ola bilər ki, qışa yaxın albomla bağlı işlərə başlayaq".