İlhamə Quliyeva Tolikə ad günündə nə hədiyyə etdi?
Ötən gün məşhur məkanların birində ad günü yığıncağı edərək dostlarını başına yığan prodüser Tolik təəsüratlarını “OLAYLAR”la bölüşdü
7 İyun 2013 17:11 Mədəniyyət"Başda İlhamə Quliyeva olmaqla, Ruhi, Vasif Məhərrəmli, Sevda Yəhyayeva, Zamiq və digər sənət dostlarım yanımda idi. 34-cü doğum günümü çox möhtəşəm formada qeyd etdim. İstədiyim və dəvət etdiyim bütün qonaqlar xoş günümdə təşkil etdiyim məclisimə yığışdı. Yaxşıca yeyib-içib əyləndik. Gələn il yubiley yaşım olduğu üçün növbəti ili daha da möhtəşəm formada keçirməyi qərara alıram". 60-70 nəfərlik qonağı olan Tolik doğum günündə aldığı ən maraqlı hədiyyələr haqda da danışıb: "Dostum Emin mənə heç bir aidiyyatı olmayan teleskop hədiyyə etdi. Bu həqiqətən də mənim üçün çox maraqlı bir hədiyyə idi. Rəqqasə Fatimə isə böyük qırmızı sandıq hədiyyə edib. Bildiyiniz kimi onun nişan, xınayaxdı mərasimlərinin bəzənməsi ilə əlaqədar xüsusi bəzək şirkəti də var. Bir dəfə toyların birində bu şirkət tərəfindən bəzədilən maraqlı qırmızı sandıqça gördüm. Onu çox bəyəndiyim üçün Fatimə xanım ad günümdə mənə də bu hədiyyədən verdi". Tolik ötən günki məclisin onun üçün ən mötəbər qonağı olan Xalq artisti İlahmə Quliyevanın verdiyi hədiyyə haqda isə belə deyib: "İlhamə xanım pul hədiyyə etdi. Məbləğını deyə bilmərəm. İlhamə xanım özü böyük olduğu üçün onun hədiyyəsi də mənim üçün böyükdür. Pulu verəndə dedi ki "get özün üçün nə istıyirsən al".