Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub

Hüquqşünqs, qazi Vüqar Dadaşovun müəllifi olduğu "BİZİM TARİX" adlı növbəti kitabı çap olunub. "Olaylar" xəbər verir ki, bu haqda Vüqar Dadaşov öz sosial hesabında məlumat verib: "Tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu kitabda müəllif Azərbaycan xalqının, türk etnosunun problemləri, problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim etmişdir. Həmçinin əsərdə qalib Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dostu və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər  haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar əksini tapmışdır. Kitab yeni nəslin maariflənməsində, tədrisində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Vüqar Piri oğlu Dadaşov 18 dekabr 1972-ci ildə  Yardımlı rayonu Bozərən kəndində anadan olub.  Ali təhsilli hüquqşünasdır. Qarabağ müharibəsi veteranı, qazisidir. 2019-cu ildə çap olunmuş "Mənim düşüncəm" adlı  tarixi, elmi-fəlsəfi, milli-ideoloji mövzuda yazdığı kitab və 200-dən çox elmi araşdırma, publisistik  məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qeyd edək ki, Vüqar Dadaşov Milli Cəbhə Partiyasının Siayasi Şurasının üzvüdür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31