Snup Dogun İstanbuldakı konserti sual altındadır
Son günlər Türkiyədə baş verən məlum hadisələr bir çox məşhur müğənnilərin nəzərdə tutulan konsertlərinə təsir edib
7 İyun 2013 16:30 MədəniyyətHazırda Türkiyədə olan Azərbaycanın xalq artisti Aygün Kazımova bununla bağlı fikirlərini "OLAYLAR"la da bölüşüb: "Bu gün keçirilməsi gözlənilən konsert böyük sual altındadır. Olacaq, ya olmayacaq? İndi bunu heç kim deyə bilməz. İstanbulda baş verən mitinqlərlə bağlı burada bir çox konsertlər təxirə salınır. Misal üçün Tarkan, Handa Yener, Halil Sezai kimi həmkarlarım bu sıradadır. Onların sayı çoxdur. Bir çox dünya ulduzları kimi Snup Dog da çox narahatdır. Bizim layihəmiz isə aktual olaraq qalır. Xatırladım ki, layihəmiz yox, sadəcə Beşiktaş İnönü stadionunda olacaq çıxışımız sual altındadır. Bu iki müxtəlif fikirləri qarışdırmaq olmaz. Layihəmiz artıq bir həftəyə tamamlanır". Müğənni yeni işıq üzü görəcək albomu haqda da məlumat verib: "Albomun üz qabığında Snupla Hollivudda çəkdirdiyimiz şəkil olacaq. Bura həm orijinal, həm də on bir əlavə remix daxildir. Remixlər Avropanın və Türkiyənin tanınmış DJlərinə məxsusdur. Eyni zamanda alboma "Coffee From Columbia" mahnısının radio versiyaları da daxildir. Mahnını artıq dünya hiti adlandırmaq olar. Bunu mən demirəm, dinləyənlər deyir. Klipim də artıq hazırdır".