Dekabrın 2-də  ADA Universitetində “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumu keçirilib

Tədbirin 1-ci plenar sessiyasında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev, Azərbaycan Respublikasının mədəniyyət naziri  Anar Kərimov, İCESCO-nun baş direktoru, Salim Məhəmməd Əl-Malik, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Günay Əfəndiyeva,  Etnik Anlaşma Fondunun prezidenti, Ravvin Mark Şnayer, KAICIID Dialoq Mərkəzinin baş  katibinin müavini  Elham Alşeyni, Fotojurnalist Reza Deqati və Moderator, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iştirak edib.

Açılış mərasimi ADA Universitetinin rektoru Hafiz Paşayevin adından prorektor Vafa Kazdalın salamlayaraq,  tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə forumun "Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək" mövzusuna həsr olunan ilk panel iclası başlayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev- "Qırx dörd gün davam edən müharibə nəticəsində Azərbaycanın qalib gələrək Cənubi Qafqazda böyük imkanlar yaratdı. Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək istəyirdi. Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Elə ekosistem yaratmaq istəyirik ki, bizə müxtəlif əməkdaşlıq formatları imkanı versin. Cənubi Qafqazda nəqliyyat, ticarət yolları, marşrutlar açıla bilər. İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyət nümunələri dağıdılıb. Qeyd edək ki, mədəniyyətlər arasında daim  əməkdaşlıqlar olmalıdır. Bu, konsepsiyalarda da öz əksini tapıb. Sülh konsepsiyasının Cənubi Qafqazın hüdudlarından çıxmasını istəyirik. Məqsəd Azərbaycanda əsrlərlə yaradılan mühiti, Azərbaycan xalqının digər xalqlara olan münasibəti, hörməti sahəsindəki təcrübəsini paylaşmaqdır. Ölkənin sülh konsepsiyası və xalqların birgə yaşaması üçün sülh çox vacibdir"- deyə söyləyib.

Azərbaycan Respublikasının mədəniyyət naziri  Anar Kərimov- "Bizə dayanıqlı sülh lazımdır, işğal dövründə ermənilərin törətdikləri dağıntılar insanların ürəyində nifrət hissi yaradıb. Sülh konsepsiyası bu ilin yanvarında yarandı. Biz işğaldan azad olunmuş ərazilərə getdik və burada dağıntıları gördük. Buranı canlandırmaq üçün bizə sülh lazımdır. Burada təkcə fiziki bərpadan söz getmir, həmçinin insanlar arasında sülhü təşviq etmək lazımdır. Azərbaycan 2008-ci ildə "Bakı Prosesi"nə başladı. Bu təşəbbüsün başlamasından artıq 13 il keçib. Bu böyük bir qlobal platformaya çevrilmişdir. Bu, ölkəmizin uzunmüddətli sülh prosesinin qurulmasına hazır olduğunun göstəricisidir. Bu təşəbbüsün nəticələr verməsi üçün biz artıq praktiki fəaliyyətlər barədə düşünmüşük. Sülh və mədəniyyət bizim dayanıqlı inkişafımız üçün çox vacib elementdir"

Daha sonra tədbirin digər qonaqları çıxış edərək, bu fəaliyyətlərin qlobal sülh prosesində mühüm əhəmiyyətini və beynəlxalq miqyasda nümunəvi model olaraq təbliğ edilməsi, eyni zamanda, sülhün mədəniyyət və irsin qorunması, bərpası və inkişafı üçün nə qədər vacib olduğunu dünyaya nümayiş etdirmək məqsədilə cari il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumu Qlobal Çağırışı elan edilib.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos video-müraciət şəklində tədbirdə çıxış edib.

Tədbirin sonunda auditoriyada olan forum barədə və digər mövzularla bağlı ziyalılara suallar verib. Bununlada tədbirin  1-ci plenas sessiyası yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31