"Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı kitab işıq üzü gördü
2 Dekabr 2021 10:46 MədəniyyətAzərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı kitabı çap olunub.
Olaylar.az xəbər verir ki, kitabda böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində bəhs olunur. Kitabın üz qabığında Azərbaycanın Xalq rəssamı Qəzənfər Xalıqovun çəkdiyi Nizami portreti əks olunub.
Kİtab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 iyul 2021-ci il 5 saylı iclasının qərarı ilə nəşr olunmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31