“Hürrəm”in dizini tərk etməsinin səbəbi pul imiş...

Büün dünyada 250 milyon tamaşaçı tərəfindən izlənərək fenomen dizi halına gələn "Muhteşem Yuzyıl"ın yaşadığı şokun səbəbi bəlli olub. "Azadinform" xəbər verir ki, bir neçə gün əvvəl xəbərsiz Türkiyəni tərk edən Məryəm Üzərli, yəni dizinin "Hürrəmi" bu roldan imtina etməsinin səbəbini açıqlayıb. Sən demə səbəb pul imiş. 
Belə ki, ərəb ölkələrində çox böyük heyranlıqla izlənən "Muhteşem Yüzyıl"ın yapımçıları bu dizinin ərəb ölkələrində yayılması qarşılığında külli miqdarda pul əldə ediblər. Dizinin digər baş rol oyunçusu Halit Ərgənc isə bu sövdələşmədən 1.5 milyon TL əldə edib. Bu proses Məryəm Üzərlidən gizli saxlanılıb. 
Sonradan bu məsələdən xəbərdar olan xanım Üzərli öz haqqını tələb etsə də dizinin istehsalçıları tərəfindən mənfi cavabla qarşılanıb. Bu da onun dizini və Türkiyəni tərk etməsi ilə nəticələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31