“Muhteşem Yüzyıl”ın reytinqi düşdü

Hürrəmsiz ilk bölümün reytinqləri aşağı oldu

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər zaman reytinqlərdə öndə olan serial Hürrəm Sultansız çəkilən ilk bölümü ilə reytinqləri qazana bilməyib. Hürrəm Sultan rolunu canlandıran Almaniyadan dəvət olunan aktrisa Meryem Uzerlinin serialı tərk edərək Berlinə getməsi nəticəsində ssenaridə də dəyişikliklər edilib. Sezonu bir bölümlə yekunlaşdıracaq "Muhteşem Yüzyıl"da Hürrəm Sultan sonu bilinməyən bir yolçuluğa çıxarılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31