Putin baletə xanım ilə birlikdə gеdib
7 İyun 2013 11:44 Mədəniyyətİyunun 6-da Rusiya prezidenti Vladimir Putin Krеml dövlət sarayında "Esmeralda" baletini həyat yoldaşı Lüdmila ilə birlikdə seyr edib.Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, son zamanlar Rusiyanın birinci xanımı kütlə arasına əri ilə birlikdə çox nadir hallarda görünür.
Bu ilin martında Lüdmila Putina Qorki adına Beynəlxalq Ədəbiyyat mükafatının təqdimolunma mərasimində iştirak edib. Ötən ilin mayında isə V.Putinin prezident kimi andiçmə mərasiminə qatılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31