Sezen Aksu Gəzi parkında keçiriləcək konsertə qatılmayacaq

Ötən həftədən ağacların qırılması ilə bağlı Türkiyədə baş verən üsyanla əlaqədar Gəzi parkında keçiriləcək konsertə qatılacağını deyən Sezen Aksu son anda fikrindən vaz keçib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni digər məşhurlar kimi təşkil edilən aksiyada iştirak etmək istədiyini deyib: "Bir müğənni kimi deyil, sadə vətəndaş kimi mitinqdə iştirak edərək üsyançıların yanında olmaq istəyirəm. Tərəflər arasında qarşılıqlı münasibətlər yaranarsa, fikir ayrılığına son qoyularsa konsert vermək haqda düşünərəm. Bu gənclərin oxuduqları mahnılar mənimkindən də güclüdür. Gəzi parkında təşkil edilən aksiyalarda iştirak etməyəcəyəm. Demokratiya, azadlıq şüarları ilə çıxış edən bu gənclərin qarşısında böyük sayqı ilə baş əyirəm". Sezen Aksu baş nazir Rəcəb Tayyip Ərdoğanın üsyançılardan üzr diləməsini də istəyib: "Baş nazir çox sinirli ola bilər. Amma unutmaq lazım deyil ki, söz, fikir, toplaşmaq azadlığı insan hüquqlarının əsasını təşkil edir. İnsan doğularkən bu hüquqlara sahib olur. Buna görə, baş nazir gərək ki, üsyançılardan üzr istəsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31