Rusiya prezidentinin Milli Azərbaycan Tarixi Muzeyinə göndərdiyi xatirə hədiyyəsinin təqdimetmə mərasimi olub
6 İyun 2013 14:38 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyindən "OLAYLAR"a verilən məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdim olunması mərasimi keçirilib. MATM-ın direktoru, akademik Nailə Vəlixanlı bu mərasimin muzeyin həyatında çox mühüm hadisə olduğunu, Azərbaycan və Rusiya arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə davam və inkişaf edəcəyini deyib. Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin bildirib ki,
hədiyyə "1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə" və Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr edilmiş tarixi seriyadan olan 20 medalın surətindən ibarətdir. "1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə" medalının diametri 70 millimetr, kütləsi 191 qram olmaqla L90 (latun) materialından hazırlanıb.
Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr olunmuş tarixi seriyadan (1814-1836) olan medalın surətinin diametri 65 millimetr, kütləsi 147 qram, L90 (latun) materialından hazırlanmışdır. Medalların surətinin hazırlanmasında medalyer Aleksandr Lyalin və Aleksey Klepikovun (1834-1835) orijinal alətlərindən istifadə edilmişdir. Medallar Sankt-Peterburqun sikkəxanasında hazırlanıb. Tədbirin sonunda MATM-ın direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan-Rusiya tarixi əlaqələri haqqında geniş məlumat verib və Rusiya Federasiyasının ölkəmizdəki səfirinə dərin təşəkkürünü bildirib.