Mələk Türkiyədən imtina etdi
Taksimdə baş verən proseslər Miranda Kerri qorxudub
6 İyun 2013 14:01 MədəniyyətTürkiyədə bir necə gündür davam edən "Gezi parkı" aksiyaları dünyanın məşhur modeli Miranda Kerrin proqramına da təsir edib. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, tanınmış alt geyimi markalarından birinin mələyi olan model Miranda Kerr Antaliyaya gələrək, podiuma çıxmaqdan imtina edib.
Model 3 gün öncə də "Twitter" səhifəsində Türkiyəyə dəstək mesajı paylaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31