Dünən nənə olan İlhamə Quliyeva oğlunun 1 ildir evli olduğunu açıqladı

"Əvvəl mən bir qədər etiraz edirdim bu münasibətlərə, amma indi ona görə peşmanam"

Xalq artisti İlhamə Quliyeva nəvəsinin dünyaya gəlməsi ilə bağlı bəzi söz-söhbətlərə aydınlıq gətirib. Xalq artisti bu haqda radio proqramlarından birində danışıb."Mənim oğlum Orxan və gəlinim artıq 4 ildir ki, görüşürlər və 1 ilə yaxındır rəsmi nigahdadır. Əvvəl mən bir qədər etiraz edirdim bu münasibətlərə, amma indi ona görə peşmanam. Hər şey çox gözəldir. Nənə olmaq hissi maraqlı bir hissdir. Nəhayət ki, məni də nənə etdiz!"- deyə xalq artisti gülərək söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31