Acun İlicalı susqunluğa son qoydu
Bir çox məşhur simalar kimi teleaparıcı Acun İlicalı da Gəzi parkında baş verən olaylara münasibət bildirib
5 İyun 2013 15:03 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparıcı mediada bu ölkədə baş verən hadisələrə münasibət bildirmədiyi üçün qınaq obyektinə çevrildiyini deyib: "Ötən həftədən etibarən ölkəmizdə baş verən olayları təəssüf hissi ilə izləyirəm. Baş verən hadisələrlə əlaqədar heç bir fikir səsləndirmədiyim üçün bəzi media qurumları bu haqda yazır. Onlara səslənərək siyasətçi olmadığımı deyirəm. Mən sadəcə xalqından güc alan bir teleaparıcıyam. Heç bir fikir səsləndirmədiyim üçün haqqımda olar-olmaz məlumatlar yayıldı. Belə olmaz. Hər kəs söz, fikir azadlığına sahib olduğu kimi susmaq azadlığına da sahibdir. Vətəndaşlarımıza qarşı polislərin, bir sıra güc strukturlarının bu cür rəftar etməsi məni çox məyus etdi. Bəzi ərazilərdə aksiyaya çıxan azad vətəndaşlar qarşı güc strukturlarının şiddət və təpkisinə məruz qaldı. Ölkəmi çox sevirəm. Fərqli düşüncələrə sahib olsaq da, məncə bir-birimizlə qardaş münasibətləri qursaq gözəl ölkəmizi dünyanın ən gözəl ölkəsinə çevirə bilərik. Söz və fikir azadlıqlarının hər zaman ölkəmizdə qorunmasını, haqqını tələb edən bir vətəndaşımızın belə burnunun qanlamamasını istəyirəm.