Belarusun tanınmış dirijoru Vyaçeslav Voliç “Jizel” baletini idarə edəcək

Azərbaycan Dövlər Opera və Balet Teatrının mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, iyunun 15-də Adolf Adanın "Jizel" baletinin tamaşası təqdim olunacaq. Tamaşanı idarə etmək Belarus Akademik Opera və Balet Teatrının dirijoru , dövlət mükafatı laureatı, Belarus prezidentinin xüsusi mükafatçısı, Xalq artisti Vyaçeslav Voliç dəvət edilib. Bir sıra tanınmış opera teatrları ilə sıx əməkdaşlıq edən dirijorun repertuarına rus və Qərbi Avropa bəstəkarlarının 50-dən artıq opera və balet tamaşası daxildir.  Belaruslu dirijorun idarə edəcəyi tamaşada əsas partiyaları teatrın balet truppasının aparıcı solistləri Nigar İbrahmova ( Jizel), Elmira Mikayılova (Mirta), Əməkdar artist Gülağası Mirzəyev (Albert) və başqaları ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31