Viktoriya Bekxam qızına sərt qadağa qoyub
4 İyun 2013 19:34 MədəniyyətPublika.Az rus mətbuatına istinadən xəbər verir ki, Viktorira Bekxam qızının makiyaj etməyini istəmir. Viktoriya və David Bekxamın qızı Xarperin 2 yaşı hələ tamam olmayıb ancaq kosmetikaya maraq göstərir. Baxmayaraq ki, dəb ikonu sayılan anası onu mağazalara və dəfilələrə özü ilə birlikdə aparıb amma qızının böyüməsinə hələ ki tələsmir. Viktoriya Bekxam açıqlamsında bildirib ki, o, hətta qızının qabağında makiyaj etmir və kosmetikalarını qızından gizlədir. Çünki qızının ona baxıb anasının hərəkətlərinin təkrarlamasını istəmir. Viktoriya, qızının sürətlə böyüməsini istəmir. "Mən hətta dodaqlarımı boyayanda qızımın məni görməyini icazə vermirəm. Xarper qardaşlarından da yaramaz və dəcəldir. Ona böyüdükdən sonra da bəzənməyə icazə verməyəcəm"
Viktoriya həmçinin uşaqların reklam çəkilişlərində və dəfilələrdə model kimi iştirak etməsini də pisləyib. Onun oğlanlarından biri Burnerry-nin reklamında çəkilsə də, bunu əyləncə kimi etdiyini bildirib. Oğlunun bundan əyləndiyini və model kimi fəaliyyət göstərmək istəmidiyini də deyib. Hazırda dərsləri və idmanla daha çox maraqlandığını vurğulayıb.
Xarper kişi əhatəsində böyüyür
Xarper kişilərin əhatəsində böyüyür, atasının və qardaşlarının qayğısını altındadır. Anası qızının hələ ki oğlan kimi böyüməsinə qarşı deyil.