İmişlidə yanğın baş verib
4 İyun 2013 16:03 Mədəniyyətİmişli şəhərində vətəndaşa məxsus tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 68 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Bakı şəhəri, Binəqədi rayonunda isə ümumi sahəsi 1000 kv.m olan binanın taxta konstruksiyalardan ibarət tavanı və arakəsmələri 70 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31