“Atəş” rəqsinin mahir ifaçısı Ko Murobuşi Yanardağda

Mədəniyyət və Turizm Nairliyinin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub. 
Qonaqlara "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu barədə məlumat verilib. 
Qeyd olunub ki, bu ərazi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə qoruq elan edilmişdir. Nadir təbiət abidələrindən olan "Yanardağ"ın ərazisi haqqında çox qədim mənbələrdə məlumat verilir."Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev qonaqları zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Azərbaycanın əbədi "Odlar diyarı" kimi tanınmasında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əhəmiyyətindən danışan M.Fətullayev bu məkanın ölkəmizdə tarixi, mədəniyyət və təbiət abidələrinin toplandığı elmi-tədqiqat müəssisəsi olduğunu diqqətə çatdırıb. Forumunun iştirakçıları, həmçinin dünya şöhrətli yaponiyalı rəqs ustası Ko Murobuşinin "Atəş" rəqsinə tamaşa ediblər. Ko Murobuşi dünya səhnələrindəki çıxışları kimi, bu dəfə də "Atəş" rəqsinin möhtəşəm nümunələrini tamaşaçılara təqdim ediblər.
Bakıda olmağından məmnunluğunu bildirən Ko Murobuşi Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə dövlət qayğısını yüksək qiymətləndirib. 
Qeyd edək ki, butoh rəqqas Ko Murobuşinin "Atəş" rəqsinin uzun bir tarixi var. Ko Murobuşin rəqs sahəsində ilk addımlarını 1960-cı ilin sonunda Yaponiyada atmış, daha sonra özünün rəqs şirkəti olan "SEBI"ni (əksyanma) qurub. Beynəlxalq musiqi arenasının misilsiz incisi hesab edilən dünya şöhrətli rəqqas indiyədək bir sıra mükafatların laureatı olmuş və çoxsaylı uğurlara imza atmışdır. Ko uzun müddət Zərdüştlüklə maraqlanmış, zərdüştliliyin rəqəmlərinin cazibəsini öyrənməyə can atıb, buna görə də Azərbaycandakı Yanardağa səfər etmək niyyətində olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31