Danimarkanın beş şəhəri “Eurovision-2014”ə ev sahibliyi etməyə iddialıdır
Hazırda Danimarka Radioyayımı tərəfindən təkliflərin dəyərləndirilməsi istiqamətində işlər görülməkdədir
4 İyun 2013 10:15 MədəniyyətGələn ilin may ayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinə ev sahibliyi etməyə bu ölkənin beş şəhəri iddialıdır."Eurovision" mahnı müsabiqəsinin rəsmi saytının məlumatına görə, Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens şəhərləri mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdırlar.Kopenhagendə iki dəfə - 1964 və 2001-ci illərdə yarışma keçirilmiş, sonuncusu tamaşaçıların çoxluğu ilə tarixə düşüb.Hazırda Danimarka Radioyayımı tərəfindən təkliflərin dəyərləndirilməsi istiqamətində işlər görülməkdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31