Maykl Duqlas cinsi əlaqəsinin yaratdığı fəsadlardan danışdı

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2010-cu ildə cinsi əlaqə yolu ilə əmələ gələn viruslar nəticəsində qırtlaq xərçəngindən əziyyət çəkən aktyor üç il öncəki durumuna nəzər salıb: "Cinsi əlaqə ilə yoluxan viruslar nəticəsində 2010-cu ildə ölümcül vəziyyətə düşdüm. Həm cinsi əlaqə, həm də ki siqaret və alkoqollu içkilər qırtlaq hissəmdə xərçəngin əmələ gəlməsinə səbəb oldu. Mütəxəssilər qırtlaq hissədə xərçəngin yaranmasına əsas səbəb kimi seksual əlaqələrin mühüm rola malik olduğunu deyir". Məşhur ulduz Katerina Zeta Consla evli olan 68 yaşlı aktyor bu cür xəstəliklərin ikinci dəfə təkrarlanma ehtimalının da az olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31