"Muhteşem Yüzyıl" çəkilişi dayandırdı, Taksimə gedir
Heyət üzvləri aksiyaçılara dəstək verəcək
3 İyun 2013 17:41 MədəniyyətƏn çox izlənən türk seriallarından olan "Muhteşem Yüzyıl"ın çəkiliş heyəti "Gezi parkı" aksiyalarına dəstək üçün çəkilişləri saxlayıb. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, səhər tezdən çəkiliş məkanına gələn heyət günorta çəkilişi saxlayıb. Hazırda heyət Taksim meydanına doğru yola çıxmağa hazırlaşır. Onlar Türkiyə vaxtı ilə saat 14:00-da adıçəkilən parkda olacaq.
Bu barədə məlumatı aktyorlardan biri Serkan Altunorak "Twitter" hesabında elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31