Demet Akalından arıqlama sirri

Bir neçə gün ərzində 5 kilo arıqlayan məşhur müğənni Demet Akalın gözəl qamətə sahib olmağın sirrləri haqda danışıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son günlər çox kilo alması ilə gündəmdə olan məşhur müğənni hazırkı görkəmindən çox məmnun olduğunu deyir: "Bir neçə gün ərzində çox asanlıqla arıqladım. Arıqlamaq istəyən hər kəs gərək ki, ilk növbədə toyuq və dana ətindən imtina etsin. Bundan başqa sulu, duzlu, şəkərli qidaları da get-gedə daha az qəbul etməklə sonradan imtina etmək lazımdır. Arıqlamaq üçün gün ərzində ən azı bir saat idmanla məşğul olmaq da effektli təsir bağışlayacaq. Köklükdən əziyyət çəkənlər gün ərzində bir neçə saat açıq havada gəzməyi də unutmasınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31