Ajda Pekkan sərxoş olub?
3 İyun 2013 17:05 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə konsert salonunu yarımçıq tərk edən müğənni bunun sərxoşluqla əlaqədar olmadığını deyərək yayılan məlumatlara görə çox üzüldüyünü söyləyib: "Konsert salonunu yarımçıq tərk etdiyim üçün haqqımda olar-olmaz məlumatlar yayıldı. Hər əlinə qələm alan köşə yazısı yazaraq səhnədə sərxoş olduğumu dedi. Həqiqətən də bizim millətdə bir sıra çatışmazlıqlar var. Gərək öləsən ki, hər kəs sənin səhhətində problemlərin olmasına inana bilsin. Hazırda özümü turp kimi hiss edirəm". Özünü yaxşı hiss etdiyini deyən müğənni bu arada ona dəstək verən heyranlarına da təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31