Hazal Kaya Türkiyəni tərk edir
“Adını Feriha Koydum” kimi seriallarda məşhur obrazları canlandıran Hazal Kaya sosial şəbəkədə Türkiyəni tərk edəcəyi haqda üzücü məlumat yayıb
31 May 2013 12:07 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəkər xəstəliyi ilə əlaqədar son zamanlar çox kilo alan aktrisa sosial şəbəkəsində onu sevənlər üçün üzücü status paylaşıb: "Bir müddət nə ölkədə, nə də ki sosial şəbəkədə olmayacağam. Türkiyəyə döndükdən sonra görüşmək ümidi ilə". Aktrisa kökəlməsi ilə əlaqədar mediada yayılan məlumatlara da münasibət bildirib: "Hər yerdə çox kilo almağımla bağlı xəbərlər yazılır. Nə olsun ki, çox kilo almışam. Hələ ki sağam. Köklükdən ölən olmayıb ki. Xəstliyimlə əlaqədar çəkim artmışdı. Artıq dietadayam. Yavaş-yavaş hər şey qaydasına düşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31