Hülya Avşara “Hürəm” təklifi gəlməyib
“Muhteşem Yüzyıl” serialında Hürrəm obrazını canlandıran Meryem Uzerlinin Türkiyəni tərk etməsindən sonra çəkiliş heyəti tərəfindən obraza uyğun aktrisa seçimlərinə start verilib
31 May 2013 12:06 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə serialda bu obrazı canlandırmaq üçün müğənni Hülya Avşara da təklif göndərilməsi haqda informasiyalar yayıldı. Hülya Avşar ona heç bir təklifin gəlmədiyini deyərək yayılan şayiələrə beləcə son qoydu: "Serialdan heç bir təklif almamışam. Təklif gələrsə fikirləşəcəyəm. Dəvəti düşünmədən dəyərləndirə bilmərəm. İl ərzində gərgin fəaliyyət göstərdiyim üçün özümü çox yorğun hiss edirəm". Təklifi qəbul edib-etməyəcəyini hələ də dəqiqləşdirməyən müğənni bu rola yalnız Meryem Uzerlini uyğun gördüyünü də əlavə edib: "Bu rolu Meryem Uzerli kimi heç kəs belə gözəl canlandıra bilməz".