Kıvanc Tatlıtuğun yeni serialı
Aktyor yeni serialda Kurt Seyd adlı əsgəri canlandıracaq
30 May 2013 19:42 MədəniyyətTanınmış aktyor Kıvanc Tatlıtuğun rol alacağı yeni serial məlum olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Star TV" kanalı ilə müqavilə imzalayan aktyor, Nərmin Bezmenin "Kurt Seyd və Shura" adlı romanı əsasında çəkiləcək serialda rol alacaq. Serialda Kıvanc Tatlıtuğ Kurt Seyd adlı rus ordusunun bir əsgərini canlandıracaq. Aktyorun tərəf müqabili "Öyle bir geçer zamanki" serialı ilə tanınan aktrisa Farah Zeynep Abdullah olacaq.
Kıvancın yeni serialdan alacağı məvacib də açıqlanıb. "Kuzey və Güney" serialında hər seriya üçün 40 min lirə qazanan aktyor, yeni serialdan həftəyə 60 min lirə alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31