Park Cinemada “No Smoking” film festivalının qalası keçiriləcək
30 May 2013 18:52 MədəniyyətOlaylar İA xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və "Addım" Yaradıcı Gənclər Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "No Smoking" adlı film festivalına keçirilir. Festival həvəskar və peşəkar kinorejissorlar arasında keçirilir. Festivala 47 film təqdim olunub. Peşəkar kinorejissorlardan ibarət münsiflər heyəti 47 filmin içərisindən 15 film seçilib və Metropark tiacrət və əyləncə mərkəzinin Park Cinema mərkəzində nümayiş etdirilib. Qeyd edək ki, sabah yəni mayın 31-də "Ümumdünya Tütünsüz Günü"ndə festivalın yekun qalası keçiriləcək. Qeyd edək ki, "No Smoking" film festivalının yekun qalası Metropark ticarət və əyləncə mərkəzində Park Cinema mərkəzində keçiriləcək. Yekun qalada 15 filmin içərisindən münsiflər 5 ən yaxşı filmi seçəcək və qaliblər 5 nominasiya üzrə mükafatlandıracaqlar.