Meryem Uzerli Türkiyədəki fəaliyyətinə son qoydu
Fəaliyyətinə Berlində başlayıb daha sonra “Muhteşem Yüzyıl” üçün Türkiyəyə gələn məşhur aktrisa Meryem Uzerli Türkiyədə bir daha serial və film çəkilşlərində iştirak etməyəcək.
30 May 2013 18:03 Mədəniyyət"OLAYLAR" Türkiyə mətbuatına istinadən məlumat verir ki, 2 il yarım müddətində "Muhteşem Yüzyıl" da Hürrəm Sultan rolunu canlandıran aktrisanın bu müddət ərzində qazancları da yüksək olub. Belə ki, aktrisa iki ildən də artıq müddətdə çəkildiyi serial və reklamlardan ümumilikdə 4 milyondan artıq türk lirəsi məbləğində əldə edib. Serial çəkilişləri ilə əlaqədar çox gərginlik yaşadığı söylənilən aktrisanın hazırda Almaniyada müayinə olunduğu da söylənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31