Şakira oğlu ilə FOTO

Müğənni bütün boş vaxtını oğlu Milan ilə keçirir

36 yaşlı müğənni Şakira futbolçu Pikedən olan oğlu ilə görüntülənib. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, qayğıkeş ana olan Şakaira bütün boş vaxtını oğlu Milan ilə keçirir. Müğənni oğlu ilə son dəfə bir necə gün öncə Los Ancelesdəki alış veriş mərkəzlərindən birində görülüb.
Paparasilərin diqqətini cəlb edən əsas məqam isə makiyajsız sadə geyimdə olan müğənninin oğlunu dayəyə demək olar ki, əmanət etməməsidir. Çünki o, dmeək olar ki, getdiyi hər yerə mağaza, futbol matçı, studiyaya oğlunuda aparır.
Qeyd edək ki, Şakira və Pikenin övladı bu ilin yanvar ayında doğulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31