Aygün Kazımova ona “başını salıb kolluğa amma arxasından...” dedi
30 May 2013 13:34 MədəniyyətXalq artisti Aygün Kazımovanın mətbuat xidmətindən "OLAYLAR"a göndərilən məktubu sizə olduğu kimi təqim edirik: "Atalar yaxşı deyib: Meymun baxar güzgüyə, adını qoyar özgəyə.
Ey yalançı dostlar!
Efirə çıxıb məsum qız uşağı imicində yalandan xalqın qarşısında təmiz görünmək üçün yetmiş mənalı fikirlər söyləməyin. Zülfiyyə Xanbabayeva, uşaqları öz söhbətlərinizə qatmayın. "Onları təhqir etməyin" kimi müraciətinizi yaxın rəfiqəniz olan Brillianta elə təklikdə də söyləyə bilərdiniz. Çünki o mənim uşağımı sosial şəbəkələrdə təhqir edib. Daha efirə çıxıb xal qazanmaq naminə yox...
Bir atalar sözü də var. Dəvəquşu başını salıb kolluğa amma arxasından xəbəri yoxdur. Haqsızlığa baş əyməkdənsə tək qalmaq daha şərəflidir. Mən həmişə tək olmuşam və siz həmişə məni altdan-altdan yıxmağa çalışmısınız. 25 ildir ki, bu sizdə alınmayıb. Heç 25 il keçsə də alınmayacaq. Çünki Allahın ucaltdığı bəndəni ancaq Allah yıxa bilər.
Bəndələr kimdir ki?.."