Brilliant: “Elzanı dəli adlandırırlar...”
30 May 2013 12:54 MədəniyyətÖtən gün "Apar Məni" konserti ilə Heydər Əliyev adına Respublika Sarayında çıxış edən Xalq artisti Brilliant Dadaşova vaxtaşırı tamaşaçılarla söhbət etməyə imkan tapar-tapmaz bəzi ifaçılardan gileyli olduğu deyib: "Hazırda fonoqram var deyə səsi olmayan da səhnəyə çıxır. Əlinə mikrofon alıb gah o yana atlanır, gah da ki, bu yana. Özlərini də elə göylə aparırlar ki, elə bil bunlardan heç yerdə yoxdur. Guya bunlar neçə ilin sənətkarıdır. Əsl sənətkarlar bu konsert salonunda əyləşib. Tünzalə Ağayeva, Elza Seyidcahan üçün ürəyimi çıxardıb verməyə də hazıram. Çünki onlar sənətkardır. Elzanın adını dəli qoyublar. Əsl dəli mənəm-musiqi dəlisi. Musiqisi olan hər bir sənətkar mənim üçün hər şeydən dəyərlidir". ("OLAYLAR" İA.)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31