Brilliant Dadaşova konsertdə nədən gileyləndi?

12 ildən sonra yenidən Heydər Əliyev adına Respublika Sarayında konsert verən Xalq artisti Brilliant Dadaşovanın ötən gün "Apar Məni" adlı konserti baş tutdu. Konsertin aparıcıları məşhur şoumen Murad Dadaşov və teleaparıcı Nərgiz Cəlilova olub. Həmişəki kimi yenə də zaraftlarından qalmayan şoumen öncə konsertin təxirə salındığını deyərək Brilliant Dadaşova sevənləri arasında çaxnaşma yaratdı.

Səhnəyə çıxan Xalq artisti ilk olaraq çox mübahisələr yaradan "Bayatılar"ı ifa edib. Konsert çərçivəsində bir çox məşhur bəstəkarların mahnılarına müraciət edən müğənni gecikən və təşrif buyurmayan qonaqlarından gileyini də gizlətmədi. Brilliant xanım Tahir və Cabir İmanov qardaşlarının, "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynalovun konsert zalında olmamasından gileylənib. Konsertin irəliləyən dəqiqələrində Tünzalə Ağayeva və Elza Seyidcahan fortopionino arxasında müğənni ilə birgə mahnılar ifa ediblər. Xalq artisti bir neçə il öncə Samir Bağırovla oxuduğu "Yalvarıram" mahnısını da yeni aranjımanda Zamiqlə duet formasında sevənlərinə təqdim edib. Daha sonra Xalq artisti Türkiyədə yaşayan məşhur balaban ustası Əlixan Səmədovun ifasında Sarı Gəlini oxuyub. Bir neçə saat ərzində davam edən konsertdə Brilliant Dadaşova Yaşar Nurini, Şövkət Ələkbərovanı da yad etməyi unutmayıb.

Konsertdə müğənninin sənət dostları Flora Kərimova, Zamiq, Eyyub Yaqubov, Elza Seyidcahan, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, aktyor Bəhram Bağırzadə və digərləri qonaq qismində qatılıb.

Ir neçə gün ərzində keçirilməsi planlaşdırılan konsertin əsas fərqliliyi isə bütün yerlərin dolu olması idi. ( "OLAYLAR" İA.)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31