Brilliant Dadaşovanı səhnəmizin solmaz çiçəyi adlandırdı
30 May 2013 12:30 MədəniyyətÖtən gün Heydər Əliyev adına Respublika Sarayında "Apar Məni" konserti ilə sevənlərinin qarşısına gələn Brilliant Dadaşova tamaşaçı qismində zalda əyləşən Xalq artisti, qocaman sənətkar Flora Kərimovanı səhnəyə dəvət edib. Səhnəyə çıxmazdan öncə tamaşaçılara "o, hansı sənətkardır ki, öncə dişləri, sonra da gülən gözləri görünür?" deyə müraciət edən Brilliant Dadaşova Xalq artisti haqda uşaqlıq xatirələrindən söz açıb: "Sənətkar ailəsində doğulmuşam. Əmim Səlman həmişə Flora xanım haqda belə deyərdi. Hələ uşaq ikən onu çox sevirdim". "Qaytar Eşqimi" mahnısını duet formasında tamaşaçılara təqdim edən sənətkarlar bir-birlərinin ünvanına ürəkdolu xoş sözlər söyləməyi də unutmayıb. 12 ildən sonra yenidən konsert verməyi münasibəti ilə səbəbkarı təbrik edən Flora Kərimova Brilliantın səhnəyə çox yaraşdığını deyib: "Bu dəqiqə səhnəyə yalnız sən yaraşa bilərsən. Bu gün səsi, mədəniyyəti, ürəyi, ağlı olan səhnəmizin solmaz çiçəyi, gözəl sənət dostum Brilliant xanımı görmək üçün bura təşrif buyurmuşuq". ( "OLAYLAR" İA. )