Brilliant Dadaşova kimə “çuşka-muşka” dedi
“Apar Məni” konserti ilə ötən gün Heydər Əliyev adına Respublika Sarayında çıxış edən Xalq artisti Brilliant Dadaşova Röya ilə də həmrəy oldu
30 May 2013 12:21 MədəniyyətTünzalə Ağayeva ilə "Sevgi var" mahnısını ifa edən Brilliant daha sonra müğənniyə "bəsdir çuşka-muşka üçün mahnı yazdın. Bir az da biz bakılılar üçün yaz" deyə müraciət edib. Daha sonra Aygün Kazımova və bir çox müğənnilərin ifa etdiyi "Nigaranam" mahnısını oxuyan Brilliant Dadaşova mahnıların ifaçıları tərəfindən pis hala düşdüyündən də danışıb: "Röya demişkən elə mahnılar var ki, müğənni onu pis hala salır. Sonradan onu gözəl formada ifa etmək isə bizim öhdəmizə qalır". Bəzi mahnıların öncəki ifaçıları tərəfindən psi hala düşdüyündən danışan Xalq artistinin sözü kimə atdığı bəlli idi: " "Nigaranam" mahnısını da məndən öncə bir çox müğənnilər ifa edib. Bir müddət öncə bu mahnının söz yazarı olan Baba Vəziroğlunun tədbirində oldum. Həmin mahnını oxuyanlardan heç biri görüşdə olmadığından "Nigarnam"ı gözəl səslə ifa etmək mənim öhdəmə qaldı". ( "OLAYLAR" İA)