Bakıda yetkinlik yaşına çatmayan qızı oğurlayıblar VIDEO
30 May 2013 12:19 MədəniyyətBöyük tamaşaçı auditoriyasının diqqətlə izlədiyi "Məhkumlar" bədii televiziya serialının 33-cü bölümündə də bir sıra maraqlı hadisələr baş verir. Belə ki, Qalib şirkətə aid sənədləri oğurladıqdan sonra həbsxanada Bəhrama verir. Bəhram ona təcili artıq Avropada olan Leylayla danışmağı və Leylanın bir günlüyə də olsa, Azərbaycana gəlməsini təmin etməyi tapşırır. Xuraman sənədlərin və möhürün oğurlanmasından Şahmarın hiyləgər sövdələşməsini möhürləmək istərkən xəbər tutur. O, möhürü geri qaytarmaq üçün Qalibi xeyli dilə tutsa da, heç bir nəticə əldə edə bilmir və ana-bala arasındakı mübahisə pik həddinə çatır. Məhkəmənin hökmüylə 8 il azadlıqdan məhrum edilən Bəhram məhkəmə binasının qarşısındaca elə öz vəkili tərəfindən qətlə yetirilir. Tunzalə Solmazın uşağını geri qaytarmaq üçün hamından gizlin Xuramanın ofisinə gedir. Bu arada Tahir qisas almaq üçün Şəbnəmi oğurlatdırdıqdan sonra Zər Şahmara zəng edir və...
Bütün bu hadisələrin necə cərəyan etdiyini təfərrüatıyla bilmək istəyirsinizsə, "Məhkumlar" serialının 33-cü bölümünü bu gün axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın.