Milli geyimlərə qayıdış - dəb geri qayıdır

Modelyerlərimizin kolleksiyalarında Azərbaycanın xalq yaradıcılığı, etnoqrafiya, tarix və bədii xüsusiyyətlərinin izləri hiss edilir

Dəb geri qayıdır. Bunu istər dünya, istərsə də Azərbaycanın modelyerlərinin əl işlərində, kolleksiyalarında görmək mümkündür. Hər il milliliyin müasir modaya inteqrasiyasında artım açıq-aydın hiss edilir. Bəzi geyimlərdə Azərbaycanın xalq yaradıcılığı, etnoqrafiya, tarix və bədii xüsusiyyətlərinin izləri hiss edilir.

ANS PRESS-in məlumatına görə, hətta Gürcüstanın Mühafizəkarlar Partiyasından olan deputat Bidzina Qucabidze deputatlara iclaslara milli geyimdə gəlmək üçün rəsmi icazənin verilməsini tələb edib. Parlamentin prosedur məsələləri üzrə komitəsi bu təklifin parlamentin müzakirəsinə çıxarılacağını bildirib.
Bundan sonra deputatlar parlamentin iclaslarına Qafqaz xalqlarının milli geyimi olab çoxada gələ biləcəklər. Deputat B.Qucabidze və onun partiyadaşları bir neçə dəfə parlamentə milli geyimdə gəliblər. Onlar tələb edir ki, bu qanuniləşdirilsin və çoxa rəsmi dövlət rəmzinə çevrilsin.

Modelyer Fikrət Əliyev ANS PRESS-ə açıqlamasında milliliyin müasirliyə inteqrasiyası tendesiyasının hiss edildiyini deyib. Onun fikrincə, əgər müasirliyin köküdə millilik yoxdursa onda çox zəif və uğursuz bir şey ortaya çıxır.
Amma son vaxtlar sevindirici haldır ki, gənclər arasında milli üsluba maraq artıb. Onlar nəinki məclislərdə, hətta gündəlik həyatda belə kiçik bir element də olsa belə milli bir ornamet, çalar istəyirlər.
Təssüf ki, milli geyim deyəndə çoxunun ağlına ancaq rəqs paltarları gəlir. Sadəcə üzərlərində milli ornametlərdən işləmələr işləyib təqdim edirlər.

Modelyerin fikrincə, bu ənənənin hələ istənilən səviyyədə olmaması maarifləndirmənin zəif olması ilə bağlıdır. Buna görə də, milli geyim deyəndə xüsusilə kişilərin ağlına ilk növbədə ümumi Qafaz xalqlarına məxsus indi rəqslərdə istifadə olunan geyimləri başa düşülür. Nəticədə heç bir kişi köynək, üzərindən yaxalıq, qollu uzun geyimlə, xənçərlə şəhərdə gəzmək fikrinə ciddi yanaşmır.

Amma təbliğat aparmaqla, hər kəs öz işində nə isə etməklə çox gözəl nəticələr əldə etmək olar. Modelyerin təklifidə var - kiçik məclislərdə, partilərdə belə dres kod olaraq milli ornametlərdən ibarət bir detal əlavə edilə bilər.

Azərbaycanın hər bölgəsinin milli geyimləri özünəməxsusluğu ilə seçilir. Bu gün əsas Qarabağ və Şəki xanlığı dövrünə xas olan elementlərə maraq göstəririlər.
Əsasən yaxsı buta, zərli işləməli yaxalıq, ətək, kəmərdən istifadə edirlər. Bundan əlavə baska deyə bir üst geyim növü var ki, oda çox müraciət edilənlər arasındadır. Kənarı gümüş sikkəli yaylıqlar, sikkələrlə bəzənmiş alınlıqlar var. Hazırda milli geyimlərdə milli ornament kimi ən çox butadan istifadə edilir. Bəzi yeni dəbli geyimlərdə də milli geyimlərin üslubu daha müasirləşmiş formada özünü göstərir.





"Bizim xalq yayı yaylaqda, qışı aranda keçirdi, at belində olduğu üçün əsasən sərbəst geyimlərə üstünlük veriblər. Ancaq aksesuarlarla daha da çox üstunlük verirdilər ki, buda geyimlərə daha çox dəbdəbə yaraşıq qatırdı".

Azərbaycanın ənənəvi qadın aksesuarları


F.Əliyev milliyimizin ən gözəl nümunəsinin xanımlarda örpəklər olduğunu deyir. Milliliyə zidd olan hər şeyə qarşı olan modelyer gözəl milli ornamentli kəlağayılar, çalların qadınlara özünəməxsus yaraşıq verdiyini düşünür.

Təssüf ki, bu gün çoxları milli ornamentli, biçimli geyimlərimizdən istifadə etsədə onun mənasını dərk etmir. Məsələn, bir nəfər kəlağayıdan milli geyim nümunəsi kimi örpək və ya şərf kimi istifadə edir, ona baxan digər bir necə nəfər isə kəlağayının nə olduğunu bilmədən, sırf başqasına baxaraq ondan istifadə etməyə başlayır. Buda özlüyündə təbliğat, gözəl nəticədir. Amma daha yaxşı olar ki, hamı istifadə etdiyi geyimin, örpəyin tarixini milli dəyərini anlasın.

Milli geyim dedikldə ancaq qadınların onlardan müasir moda ilə sintezindən istifadə etməli olduğunun ağla gəlməsi də düzgün deyil. Əsas diqqəti kişilərin geyiminə yönəltmək lazımdır. Çünki kişi geyimləri avar, ləzgi, gürcü və ya Azərbaycan geyimi olduğu bilinmir. "Ona görə də cavanlarda zövsüz geyimlərə meyl yaranır - qotik, emo tipli geyimlərə üstünlük verirlər ki, buda onların xarakterlərində iradə zəifliyinə, əsl kişi kimi formalaşmalarına əngəl yaradır. Amma geyim insanda hər şey deməkdir - xarakter görünüş. Amma müasir geyimlərdə milliyi əks etdirən bir kiçik detal olsa belə onlarda buna meyl yaranacaq və əsl kişi kimi formalaşacaqlar".

Milli gəlin paltarı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31