Kıvançın qiyməti 60 min türk lirəsi oldu
Məşhur aktyor Kıvanç Tatlıtuq yeni seriala çəkilir
29 May 2013 16:25 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə həftə sonra baş rolda oynadığı "Kuzey Guney" serialının yekunlaşmasını gözləməyən aktyor "Ay Yapım" şirkəti ilə iş birliyi qurub. Çəkiləcəyi serialla həm işbirliyini, həm telekanalını dəyişən aktyor qiymətini də artırıb. "Kuzey Guney"də hər bölüm üçün 40 min türk lirəsi alan Kıvanç yeni serialda bu məbləği 60 min türk lirəsinə qədər artırıb. Aktyorun adı hələ ki açıqlanmayan yeni serialdakı tərəf müqabili isə "Öyle Bir Geçer Zaman Ki" serialının "Aylin"i Farah Zeynep Abdullah olacaq. Yanvardan etibarən çəkilişləri başlayacaq serial Nermin Bezmenin "Kurt Seyd Shura" romanı əsasında hazırlanıb. Əsərdə çar Rusiyasının istismarçı siyasəti əksini tapıb.