Tuba Büyüküstün də Meryem Uzerli kimi...
Çəkildiyi “Asi” serialı ilə özünə fanat ordusu yığan məşhur aktrisa Tuba Büyüküstün yorğunluğnu dilə gətirib
29 May 2013 16:23 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən gün təşkil olunan təqdimetmə mərasimlərinin birində jurnalistlərin suallarını cavablandıran məşhur aktrisa Meryem Uzerlinin birdən-birə niyə serialdan ayrıldığı haqda danışaraq özünün də bənzər durum yaşadığını qeyd edib: "Hər bir aktrisa çəkilişlərdən bezərək birdən-birə tənhalığa qapılmaq istəyir. Meryem Uzerlini çox yaxşı başa düşürəm. Vaxtı ilə mən də onun kimi çəkilişləri yarımçıq qoyaraq istirahətə yollanmaq istəmişəm. Elə bu yay mövsümündə də ilk işim doyunca istirahət etmək olacaq. Daha sonra aldığım təklifləri dəyərləndirəcəyəm". Aktrisa hazırda çəkildiyi "20 dakika" serialının bu ilin sonu üçün yekunlaşacağını da vurğulayıb.