Aqil M.Quliyev həbsdən azad edildi

Rejissorun barəsindəki həbs qəti-imkan tədbiri pul cəriməsi ilə əvəzlənib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan rejissor Aqil M.Quliyevin onun həbsi ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb. ANS PRESS-in Day.Az-a istinadən verdiyi məlumata görə, rejissor məhkəmə zalından azad olunub və barəsindəki həbs qəti-imkan tədbiri pul cəriməsi ilə əvəz edilib.

Xatırladaq ki, Aqil M.Quliyev onun qeyri-rəsmi nikahda olduğu arvadının anası Marianna Turabovanın iddiası əsasında Xətai Rayon Məhkəməsində keçirilmiş iclas zamanı elə zaldaca həbs edilmişdi.

Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Aqil M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Rejissor 150 min manat məbləğində borcu qaytarmamaqda günahlandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31