Məşhur opera ulduzu Tarkanın fanatıdı

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rus operasının tanınmış ulduzu Mariya Maksakova mayın 25-də İstanbulda konsert verib. Opera ulduzunu Rengim Gökmənin rəhbərliyi altında İstanbul Simfoniya Orkestrı müşayiət edib. Repertuarında Bizet, Verdi və Bulaxov kimi məşhurların mahnılarının yer aldığı Maksakova "Məmləkətim" mahnısını türk dilində oxuyaraq tamaşaçılarına sürpriz yaşadıb. Jurnalistlərə müsahibə verən ulduz xanım dünyanın öndə gedən opera ulduzlarından Rengim Gökmənlə bir səhnəni paylaşdığı üçün qürur duyduğunu bildirib. Rus opera müğənnisi Tarkanın fanatı olduğunu etiraf edib: "Bəlkə də məndən bunu gözləməzsiniz, ancaq Tarkanı bəyənirəm. Özü ilə tanış olmuşam. O, qeyri-adi bir musiqiçidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31