Əbülfəs Qarayev: "Azərbaycan regionda əhəmiyyətli tədbirlərin keçirilməsi baxımından lider ölkə sayıla bilər"

Azərbaycan regionda əhəmiyyətli, vacib tədbirlərin keçirilməsi baxımından lider ölkə sayıla bilər. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naserlə görüşündə deyib. Nazir bildirib ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycanla BMT-nin əməkdaşlığının getdikcə genişləndiyini vurğulayan Qarayev hesab edir ki, forum mədəniyyətlərarası təcrübə nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Nasir Əbdüləziz əl-Naser, öz növbəsində forumu əhəmiyyətli sayır. Onun sözlərinə görə, tədbiri Bakıda keçirilməklə Azərbaycan BMT-nin işinə öz töhvəsini verir.
Qeyd edək ki, Bakıda 29 may-1 iyun tarixlərində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31