Malayziyalı turistlərini Azərbaycana marağı artır
29 May 2013 12:45 MədəniyyətMalayziyadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. "OLAYLAR"-a daxil olan məlumata görə, səfər "AtaTravel" MMC-nin təşkilatçılığı ilə baş tutub. "AtaTravel" MMC nümayəndələri qrupa Bakı şəhərinin görməli yerlərini, Azərbaycanın regionlarının kurort zonalarını göstərib, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər. Səfərin sonunda qrup Gürcüstana yola düşəcək. "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bu səfərin əhəmiyyətini qeyd edərək, bildirib ki, bu, ölkəmizə artan marağın göstəricisi və şirkətimizin uğurlu xarici fəaliyyətinin nəticəsidir. Xüsüsən uzaq ölkələrdən gələn gonaqlar üçün Azərbaycan və Gürcüstan üzrə kombinə edilmiş turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır. Malayziyalı turistlər Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar.