BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Bakıya gəlir

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Azərbaycana gəlir. Təşkilatın Bakı ofisindən "OLAYLAR"-a verilən məlumata görə, səfərdə məqsəd 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumda iştirak etməkdir. "Fərqli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən Forumda cənab Əl-Naser BMT-nin Sivilizasiyalar Alyansının bu sahə üzrə gördüyü işlər və prioritetləri, o cümlədən dünyanın bu gün üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün ata biləcəyi addımlardan danışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31