Bu gün Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Podkast | RSS | Siyasət|İqtisadiyyat|Pul|Dünya|Hadisə|İdman|Mədəniyyət|Həyat tərzi Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri də iştirak edəcəklər
29 May 2013 10:10 MədəniyyətMayın 29-dan iyunun 1-inədək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. ANS PRESS-in məlumatına görə, forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında baş tutacaq.Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı da keçiriləcək.Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir. Tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.