Yeni Hürrəm Vahidə Gördüm olacaq?
Serialın produseri Timur Savcı aktrisa ilə danışıqlara başlayıb
29 May 2013 10:09 Mədəniyyət"Muhtəşəm Yüzyıl" serialının yeni mövsümündə Hürrəm sultanı kimin canlandıracağı müəyyənləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, serialın bitiminə 3 seriya qalmış Almaniyaya gedən Məryəm Uzerlinin yerini yeni mövsümdə Vahidə Gördüm alacaq. Serialın produseri Timur Savcı Hürrəm sultan obrazına ən uyğun aktrisa kmi göstərilən Vahidə Gördümlə danışıqlara başlayıb. Serialın daimi izləyicilərinin sosial şəbəkələrdə paylaşdıqları statuslardan və şərhlərdən bu addımdan məmnun olduqları anlaşılıb.Xatırladaq ki, bir müddət əvvəl xərçəng diaqnozu qoyulan Vahidə Gördümün müalicəsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31