Ancelina Colinin nəslində xərçəng riski var
27 May 2013 18:14 Mədəniyyət"OLAYLAR"ın İngilis mediasına istinadən verdiyi məlumata görə, məşhur aktris Ancelina Coli verdiyi son müsahibəsində süd vəzilərini kəsdirməsinin səbəbləri haqda danışarkən xəstəliyin onların genində olduğunu deyib. Anasının yumurtalıqda yaranan xərçənglə, xalasının isə iki həftə öncə süd vəzilərinin xərçəng xəstəliyi ilə əlaqədar dünyasını dəyişdiyini deyən Coliyə həkimlər də xəbərdarlıq edərək vaxtında lazımi əməliyyatlaı görməyi tövsiyə ediblər. Həkimlərin 85 %-i onun süd vəzilərində, 50 %-i isə yumurtalığında xərçəng riski olduğunu söyləyib. Aktrisa on il öncə anasının xərçəng xəstəliyinə düçar olaraq dünyasını dəyişdiyini vurğulayaraq övladlarının anasız böyümək istəmədiyini deyib. İngilis mediasında dərc olunan məqalədə dünya şöhrətli aktrisa sonda genində xərçəng xəstəliyi olan şəxsləri vaxtında həkim müayinəsindən keçərək lazımi tədbirlər görməyə səsləyib.