“Hürrəm” Türkiyədə gizlənib?
“Muhteşem Yüzyıl” serialı ilə məşhurlaşan Meryem Uzerlinin Türkiyədə olması haqda mediada məlumatlar yayılıb
27 May 2013 14:48 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə anidən Türkiyəni tərk etdiyi söylənilən Uzerlinin qaldığı otelə sevgilisi Can Ateşin gəlməsi mediada təsdiqini tapmayan bu cür məlumatların yayılmasına səbəb olub. Media nümayəndələri tərəfindən yaxalanan Can Ateş verilən sualları cavabsız qoyaraq bu haqda danışmaqdan imtina edib. Qeyd edək ki, məşhurun serialı tərk etməsinə səbəb kimi onun bir müddət öncə səsləndirdiyi tələb olub. O, dünyanın 40 ölkəsində nümayiş edilən "Muhteşem Yüzyıl" serialının "populyarlığında xüsusi əməyi olduğunu" vurğulayaraq, teleserialın Türkiyə sərhədlərindən kənarda nümayişləri üçün pay istəyib.Teleserialı çəkən "Tims Prouction" studiyasının rəhbəri Timur Savçı bu tələbi rədd edib. Serialda çəkilən aktrisalar Nur Fettahoğlu, Selma Ergeç, Deniz Çakırın sözlərinə görə, Məryəm Üzerli "Muhteşem Yüzyıl"dan qovulub.Timur Savçı sözügedən iddia ilə bağlı heç bir açıqlama verməyib. 3 seriyadan sonra bitəcəyi söylənilən serialda "Hürrəm" roluna yeni aktrisa seçimi olacağı da söylənilir.