Ebru Gündeş: “...tez-tez huşumu itirib...”
Bir müddət öncə Kiprdə verəcəyi konsertini təxirə salan azərbaycanlı biznesmenin həyat yoldaşı Ebru Gündeş səhhətində yaranan problem haqda danışıb
27 May 2013 14:41 MədəniyyətXəstəxanadan çıxdıqdan sonra ilk dəfə olarq konsert salonunda ifa edən müğənni tez-tez huşunu itirdiyini də deyib: "Beynimdə yaranan problemlə əlaqədar olaraq tez-tez huşumu itirib halsız oluram. Kiprdə baş tutacaq konsertimizin təxirə salınmasına səbəb beynimdə yaranan qanaxma olub". Konsert öncəsi jurnalistlərə açıqlama verən müğənni bir müddət öncə eyni problemdən şikayətçi olan türk musiqisinin kraliçası hesab edilən Ajda Pekkana da "keçmiş olsun" demyi unutmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31