Memati "Muhteşem yüzyıl"dan ayrıldı

Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da Memar Sinan rolunu oynayan aktyor Gürkan Uyğun çəkilişləri tərk edib. Milli.Az AHT-yə istinadən bildirir ki, "Kurtlar Vadisi Pusu" serialındakı Memati obrazı ilə milyonların sevimlisinə dönən Uyğunun sözlərinə görə, "Muhteşem yüzyıl"da 2 seriya oynamalıydı.
"İşimi bitirdim və serialdan ayrıldım. Özümü sınadım, işimi bəyəndim", - G.Uyğun deyib. O, tamaşaçıların "şok" adlandırdıqları ayrılığın gözlənilən olduğunu vurğulayıb.
Aktyorun sözlərinə görə, bu yaxınlarda yeni seriala çəkilməyə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31