"Muhteşem yüzyıl"ın ssenarisi dəyişir
Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da ssenari dəyişiklikləri aparılır
27 May 2013 13:29 MədəniyyətHürrəm Sultan rolunu oynayan aktrisa Meryem Üzerli doğulduğu Berlin şəhərinə yollanıb, psixoloji reabilitasiya klinikasındadır. Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin Star TV telekanalında nümayiş olunan teleserialı çəkən "Tims Production" studiyası serialın ssenarisində dəyişikliklər etməyə başlayıb. Aktrisa Məryəm Üzerli yeni seriyanın çəkilişlərinədək İstanbula geri qayıtmasa, yeni ssenari işə düşəcək. Aktrisa telefon zənglərinə cavab vermir. Onun atası isə "Tims Production"un rəhbəri Timur Savcının suallarına cavab olaraq deyib: "Qızım klinikadadır. Müalicə olunur. Müalicənin nə zaman başa çatacağını bilmirəm". M.Üzerli geri dönməsə, "Muhteşem yüzyıl"ın yeni seriyasında Hürrəm Sultan oğlu şahzadə Mehmetlə birlikdə Amasyaya sürgünə göndəriləcək.
"Muhteşem yüzyıl" 3 seriyadan sonra, iyunun 19-da başa çatmalıdır.